Ağ Evdəki Qrenlandiya görüşü məhsuldar keçib

ag-evdeki-qrenlandiya-gorusu-mehsuldar-kecib
Oxunma sayı: 191

“ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens və dövlət katibi Marko Rubionun Ağ Evdə Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen və Qrenlandiyanın xarici işlər naziri Vivian Motzfeldt arasındakı görüş məhsuldar keçib”​.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt məlumat verib.

“Bu görüşdə vitse-prezident və dövlət katibi iştirak etdi. Yaxşı görüş oldu və məhsuldar keçdi”, - o deyib.

Mətbuat katibi vurğulayıb ki, Prezident Donald Trampın məqsədi ABŞ-nin milli təhlükəsizliyini gücləndirmək üçün Qrenlandiyanı əldə etməkdir.