50 günlük həsrətə son - Fotolar

50-gunluk-hesrete-son
Oxunma sayı: 4997

Türkiyədə 6 fevralda baş verən zəlzələlərdə dağıntılar altından xilas edilən körpələr 50 gün sonra valideynlərinə təhvil verilib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, əcnəbi vətəndaş olan Katibe və Naser Alkhalef cütlüyünün evləri zəlzələ nəticəsində dağılıb.

Axtarış-xilasetmə işləri zamanı körpələr sağlam şəkildə tapılaraq Mersin Şəhər Xəstəxanasına gətirilib.

İnternet vasitəsi ilə övladlarının Davultepe Uşaq Evində olduğunu öyrənən ailə bu gün Mersinə gələrək DNT testi etdirib.

Nəticədə ailə övladlarına qovuşub.

Həmin görüntüləri təqdim edirik: