50 yaşlı qadın dəm qazından öldü

50-yasli-qadin-dem-qazindan-oldu
Oxunma sayı: 1536

Binəqədi rayonu Sulutəpə qəsəbə sakini dəm qazından boğulub.

“Qafqazinfo” xəbər verir ki, qəsəbənin R.Allahverdiyev küçəsində yaşayan 50 yaşlı İ.Ağayeva evin hamam otağında olarkən qazdan zəhərlənib. Onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.