60 metr hündürlükdə yerləşən radioqüllə oğurlandı

60-metr-hundurlukde-yerlesen-radioqulle-ogurlandi
Oxunma sayı: 2395

ABŞ-də naməlum şəxslər 60 metrlik radioqülləni oğurlayıblar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “USA today” məlumat yayıb.

Bildirilib ki, qüllənin yoxa çıxmasını landşaft dizaynerləri qrupu təmir işləri aparmaq üçün əraziyə gələndə aşkar ediblər. Qülləni idarə edən radiostansiyanın baş meneceri Bret Elmor baş verənlərə heyrətləndiyini qeyd edib.