65 yaşdan yuxarı şəxslər küçəyə çıxsa, cəzalanacaq? - Rəsmi açıqlama

65 yaşdan yuxarı şəxslər küçəyə çıxsa, cəzalanacaq?
Oxunma sayı: 4862

65 yaşdan yuxarı şəxslərin küçəyə çıxması ilə bağlı cəza tədbirləri nəzərdə tutulmayıb.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev REAL TV-ə müsahibəsində deyib. Bildirib ki, yalnız tabeçilik olmadıqda, polisin qanuni tələblərinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməyən şəxslərlə bağlı sərt tədbirlərin görülməsi nəzərdə tutulub: Bütövlükdə aşkarladığımız hər bir faktla bağlı müvafiq tədbirlər görülür, cəza tədbirləri nəzərdə tutulmur. Ümumi olaraq polis bütün paytaxt ərazisində, paytaxtın mərkəzi küçə və prospektlərində, eyni zamanda, park və bulvarlarda, xiyabanlarda əhalinin sıx toplaşdığı ərazilərdə qabaqlayıcı profilaktik tədbirləri həyata keçirir. Yaşı 65-dən yuxarı və toplaşma yerlərində sayı 10-dan çox olan vətəndaşlarımızla söhbətlər aparılır. Onlara məhdudlaşdırmanın mahiyyəti izah olunur”.

Qeyd edək ki, ölkədə elan olunan xüsusi karantin rejimi koronavirus (COVID-19) infeksiyasına yoluxma riski çox olan yaşı 65-i ötmüş vətəndaşların evdən çıxmalarının qadağan olunmasını nəzərdə tutur. Həmin vətəndaşların xüsusi karantin rejimi dövründə (24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək) evdə qalmaları onların bu pandemiyadan qorunması üçün vacibdir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi