89 yaşına 3 gün qalmış öldü

89-yasina-3-gun-qalmis-oldu
Oxunma sayı: 11791

Amerikalı tanınmış aktyor Maykl Emmet Uolş 88 yaşında dünyasını dəyişib. 

“Qafqazinfo” “The Washington Post”a istinadən xəbər verir ki, bu barədə məlumatı aktyorun meneceri Sendi Cozef açıqlayıb. 

Onun martın 19-u xəstəxanada ürək tutmasından vəfat etdiyi bildirilib.

1935-ci il martın 22-də Amerikanın Oqdensburq şəhərində dünyaya gələn Uolş karyerası boyu 200-dən çox film və serialda rol alıb. O, “Blade Runner”, “Tales from the Crypt”, “The X Files”, “Calvary”, “Knives Out” filmləri ilə böyük populyarlıq qazanıb.