Abdullah Gül üçün qəbiristanlıq hazırlanacaq

abdullah-gul-ucun-qebiristanliq-hazirlanacaq
Oxunma sayı: 1989


"Qafqazinfo" modern.az-a istinadən xəbər verir ki, Mehmet Özhasaki bunu keçmiş prezident Abdulla Gülün vəsiyyəti olduğunu qeyd edib. Onun sözlərinə görə Abdulla Gül Kayseridə dəfn edilməsini vəsiyyət edib.

“Bu məqsədlə  şəhər qəbiristanlığının girişində dövlət məzarlığı hazırlanacaq. Cənab Abdulla Gül ata yurdu olan Kayserini çox sevdiyini və qəbrinin burada olmasını istəyir. Onun bu sözlərindən sonra Böyük Şəhər Bələdiyyəsinin qərarı ilə şəhər qəbiristanlığının girişindəki hüzr məclisləri aparılan evin arxasındakı yaşıl sahədə dövlət məzarlığı olacaq”.,-deyə M. Özhasaki bildirib.  

Qeyd edək ki, Abdulla Gül  2007-2014-cü illərdə Türkiyə prezidenti olub.