ABŞ Maliyyə Nazirliyi Belarusa qarşı sanksiyalar siyahısına 10 fiziki və 12 hüquqi şəxsi əlavə edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Siyahıya Belarus, Livan, Suriya, Slovakiya və İsveç vətəndaşları daxildir.
Bundan əlavə, məhdudiyyətlər Kipr, Belarus, İraq, Çin, Slovakiya və Türkiyədən olan şirkətlərə də təsir göstərib.