ABŞ-da 12 mərtəbəli bina çökdü, ölənlər var - Fotolar

abs-da-12-mertebeli-bina-cokdu-olenler-var
Oxunma sayı: 1988

ABŞ-ın Florida ştatında 12 mərtəbəli bina çöküb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Mayaminin  şimalındakı Sörfsayd sahil qəsəbəsində binanın çökməsi nəticəsində üç nəfər ölüb.

İlkin məlumatlara görə, 40 nəfər dağıntılar altından çıxarılıb. 99 nəfərdən isə xəbər almaq mümkün deyil.

Hadisə yerində xilasedicilər çalışırlar. Binaya bitişik hoteldə olanlar təxliyyə ediliblər. Ölü sayının artacağı istisna olunmur.

1981-ci ildə inşa olunan binanın çökmə səbəbi hələlik bilinmir.