ABŞ-da binanın çökməsi nəticəsində ölənlərin sayı 95-i ötdü

abs-da-binanin-cokmesi-neticesinde-olenlerin-sayi-95-i-otdu
Oxunma sayı: 861

ABŞ-ın Florida ştatının Sörfsayd şəhərində çökmüş binanın dağıntıları altından daha 2 nəfərin meyiti tapılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Mayami-Deyd dairəsinin başçısı Daniella-Livayn Kava tvitterdə bildirib.

Bununla da ölənlərin sayı 97 nəfərə yüksəlib. Daha 12 nəfərin axtarışları isə davam etdirilir.

Xatırladaq ki, çoxmərtəbəli yaşayış binası iyunun 24-nə keçən gecə çöküb. Hadisə nəticəsində 140 nəfərin həlak olduğu bildirilir.