ABŞ senatından COVID-lə bağlı qərar

abs-senatindan-covid-le-bagli-qerar
Oxunma sayı: 2825

ABŞ senatı 2020-ci ildə elan edilmiş COVID-19 pandemiyası ilə bağlı milli fövqəladə vəziyyətə son qoymaq üçün respublikaçı qanunvericilərin təklif etdiyi qanun layihəsini səsə qoyub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qanun layihəsi 68 “hə”, 23 “xeyr” səsi ilə qəbul edilib.

Qeyd edək ki, Ağ Evin İdarəetmə və Büdcə İdarəsi, “səhiyyə sistemlərində çaşqınlıq və qeyri-müəyyənliyin qarşısını almaq üçün” COVID-19 səbəbindən “milli fövqəladə vəziyyət” və “ictimai səhiyyə fövqəladə halları”nın mayın 11-də qaldırılacağını açıqlamışdı.