ABŞ Suriyadakı hərbi bazasını boşaldır - KİV

abs-suriyadaki-herbi-bazasini-bosaldir
Oxunma sayı: 3188

ABŞ hərbçiləri yaraqlıların təkrar hücumları səbəbindən Əl-Kamışlı yaxınlığındakı (Dəməşqdən 700 km) Hemo bazasından şəxsi heyəti təxliyə edir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, bazada 350-yə yaxın amerikalı hərbçi yerləşdirilib. O, Əl-Kamışlı hava limanından 4 km aralıda yerləşir və ABŞ-nin Suriyadakı strateji əhəmiyyətli bazalarından biridir.

ABŞ rəsmiləri hələlik bu məlumatı təsdiqləməyib.

Qeyd edək ki, yanvarın 9-da ABŞ ordusunun sözçüsü Patrik Rayder bildirib ki, 2023-cü il oktyabrın 17-dən İraq və Suriyadakı ABŞ qüvvələri 127 dəfə hücuma məruz qalıb. Bunlardan 52-si ABŞ-nin İraqdakı bazalarına, 75-i isə Suriyadakı bazalarına olub.