ABŞ Venesuela neftinin ilk partiyasını satdı - 500 milyon dollara

abs-venesuela-neftinin-ilk-partiyasini-satdi
Oxunma sayı: 1903

ABŞ Venesuela neftinin ilk partiyasını satıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı ABŞ administrasiyasındakı mənbəyə istinadən “CNN” yayıb. 

Venesueladan müsadirə edilən neftin ilk partiyası 500 milyon dollara satılıb. 

Bildirilib ki, yaxın günlərdə və həftələrdə əlavə neft satışı da gözlənilir. Buna baxmayaraq, neftin kimə satıldığı açıqlanmayıb.

Bununla yanaşı, “Semafor” portalı satışdan əldə olunan vəsaitin hazırda ABŞ tərəfindən nəzarət olunan bank hesablarında saxlanıldığını, əsas hesabın isə Qətərdə yerləşdiyini yazıb. 

Xatırladaq ki, yanvarın əvvəlində Venesueladakı müvəqqəti hakimiyyət 30-50 milyon barel yüksəkkeyfiyyətli, sanksiyalı nefti ABŞ-yə təhvil verməyə razılaşıb.