Türkiyədəki zəlzələdə həyatını itirən 4 azərbaycanlı tələbənin ölümündən bir il ötür.
“Qafqazinfo” xəbər verir ki, Baku TV həmin tələbələrdən Gündüz Nəzərzadənin ailəsindən reportaj hazırlayıb.
Gündüzün atası ötən il baş verən dəhşətli hadisədən danışıb. O bildirib ki, oğlu Azərbaycanda tibb təhsili alıb, daha sonra magistr üçün Malatyaya gedib: “Fevralın 5-i mənim ad günüm idi, 6-sına keçən gün də bu hadisə baş verdi. Hadisə olduqdan sonra gedib gördüm ki, bina tamamilə çöküb. 4-5 ay idi, uzman mütəxəssis olmaq üçün Malatyaya getmişdi. Zəlzələdən öncə onunla telefonla danışdıq. Dedi ki, məni hamı tanıyacaq, hiss edirmiş sanki. Belə tanındı...”
Xəbəri rus dilində oxuyun: В Армении требуют отставки Симоняна
Anası Gündüz barədə danışarkən bildirib ki, o, türkiyəli xanımla tanış olmuşdu: “Eyni təhsili alırdılar, mən də danışırdım həmin qızla. Gündüz mənim üçün özəl idi, o anadan olanda saçını belə saxlamışam, indi onu öpürəm”.
Son xəbərlər
Son Xəbərlər