Addai və Haalandın qolu ən yaxşıya namizəddir

addai-ve-haalandin-qolu-en-yaxsiya-namizeddir
Oxunma sayı: 2720

“Qarabağ”ın futbolçusu Emmanuel Addainin qolu UEFA Çempionlar Liqasında günün ən yaxşısı adına namizəddir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

24 yaşlı hücumçu Bakıda Danimarka təmsilçisi “Kopenhagen”ə qalib gəldikləri matçda fərqlənib. 

Addaidən başqa, İngiltərənin “Mançester Siti” klubundan Erlinq Haaland, “Monako”dan Cordan Teze, Niderland təmsilçisi PSV-dən İsmael Saibari də namizədlər sırasındadır.

Qeyd edək ki, “Qarabağ” ötən gün Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda “Kopenhagen”i 2 cavabsız qolla üstələyib.