AFFA məşqçini futboldan uzaqlaşdırdı

affa-mesqcini-futboldan-uzaqlasdirdi
Oxunma sayı: 2682

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

“Qafqazinfo” qurumun saytına istinadən xəbər verir ki, iclasda U-13 liqasındakı qayda pozuntuları ilə əlaqədar da qərarlar qəbul olunub. "Azəri" klubunun baş məşqçisi Elşən Əliyev 1 il müddətində futboldan kənarlaşdırılıb. 

AFFA-nın yaydığı məlumatda bildirilib:

"17 mart 2024-cü il tarixində AFFA U-13 Liqasında keçirilən “Turan Tovuz” FK – “Azəri” (Gəncə) oyununun 15-ci dəqiqəsində “Azəri” (Gəncə) komandasının baş məşqçisi Elşən Əliyev baş hakimi təhqir etdiyinə, şərəf və ləyaqətini alçaltdığına, onu vurmağa cəhd etdiyinə görə oyun yarımçıq dayandırıldığı üçün “Azəri” (Gəncə) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin, “Azəri” (Gəncə) komandasının baş məşqçisi Elşən Əliyevin futbolla bağlı hər hansı fəaliyyətinə 1 il müddətdə qadağa qoyulsun".