Ermənistan MN aksiyadakı hərbi formalı şəxslərin kimliyini araşdırır - Yenilənib

ermenistan-mn-aksiyadaki-herbi-formali-sexslerin-kimliyini-arasdirir
Oxunma sayı: 2443

Ermənistan Müdafiə Nazirliyinin hərbi polisi Tavuş vilayətinin Xeyrımlı (Kirants) kəndində aksiya iştirakçılarına qoşulan bir qrup hərbi formalı şəxsin kimliyini araşdırır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyinin Mətbuat xidməti yayıb. 

Məlumatda bildirilir ki, Silahlı Qüvvələrin siyasi proseslərə cəlb edilməsi cəhdlərinə hüquqi qiymət veriləcək.

Qeyd edək ki, sosial şəbəkələrin erməni seqmentində Xeyrımlıda keçirilən aksiyaya müqavilə əsasında xidmət edən hərbçilərin qoşulduğu barədə məlumat yayılıb.

Onu da xatırladaq ki, Ermənistanda bir neçə gündür Azərbaycanla sərhədin delimitasiyasına qarşı etiraz aksiyaları keçirilir. Aksiya zamanı sakinlər bir neçə avtomobil yolunu bağlayıb. Etirazçılar arasında saxlanılanlar var.

***

Ermənistanın İstintaq Komitəsi bir qrup erməni hərbçinin aksiya iştirakçılarına qoşulması barədə yayılan məlumata dair açıqlama yayıb:

“Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin 15 hərbçisi vəziyyətlə yerində tanış olmaq üçün aksiya iştirakçıları tərəfindən bağlanan Voskepar-Kirants avtomobil yoluna yollanıb. Aksiya iştirakçıları isə hərbçilərin onlara qoşulduğunu açıqlayıblar. Aksiya yerinə yollanan hərbçilər bir müddət sonra ərazini tərk ediblər”.