AFFA-nın sabahkı Konfransının gündəliyi açıqlandı

affa-nin-sabahki-konfransinin-gundeliyi-aciqlandi
Oxunma sayı: 1803

Aprelin 2-də AFFA-nın növbəti Konfransı keçiriləcək. “Qafqazinfo” xəbər verir ki, tədbir saat 10:00-da başlayacaq.

Toplantının gündəliyinə konfransın tərkibinin yoxlanılması, AFFA-nın baş katibinin hesabat xarakterli məruzəsi, Maliyyə Hesabatları, müstəqil auditorun hesabatı, AFFA prezidenti vəzifəsinə və İcraiyyə Komitəsinə seçkilərin keçirilməsi daxildir.

Xatırladaq ki, AFFA-nın prezidenti vəzifəsinə yeganə namizəd SOCAR-ın prezidenti, “Neftçi”nin Müşahidə Şurasının sədri Rövşən Nəcəfdir.