AFFA təsdiqlədi - Əliyar Ağayev yanlış qərar verib

affa-tesdiqledi
Oxunma sayı: 1720

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının 16-cı turundakı mübahisəli epizodlarla bağlı fikirlərini bölüşüb.

“Qafqazinfo” xəbər verir ki, o, “Karvan-Yevlax” – “Neftçi” oyununda FİFA referisi Əliyar Ağayevin səhv qərar verdiyini bildirib.

R.Həsənov hakimin birinci hissənin sonlarında qonaqların qapısına təyin etdiyi penaltinin doğru olmadığını vurğulayıb.