Ağ Ev İrana qoşun yeritməyi istisna etmədi

ag-ev-irana-qosun-yeritmeyi-istisna-etmedi
Oxunma sayı: 835

Ağ Ev ABŞ-nin İrana qarşı davam edən hərbi əməliyyatlarında quru qoşunlarının istifadəsi ehtimalını istisna etməyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt keçirdiyi müntəzəm brifinqdə bildirib.

O qeyd edib ki, hazırda ABŞ-nin hərbi planları quru qüvvələrinin İrana daxil olmasını əhatə etmir, lakin bu variantın gələcəkdə istifadə olunmayacağına dair tam zəmanət verilmir:

“Bu, hazırkı planlarımızın bir hissəsi olmasa da, prezidentin adından heç bir variantı istisna edə bilmərəm”.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Tehranın nüvə ambisiyalarına qarşı “lazım gələrsə quru qoşunlarının göndərilə biləcəyini” ifadə edərək, hərbi təzyiqin ən yüksək həddə çatdırılacağının siqnalını vermişdi.