Ağdam-Xankəndi yolundan istifadəyə razılıq verildi

agdam-xankendi-yolundan-istifadeye-raziliq-verildi
Oxunma sayı: 9788

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) maşınları ilə Laçın və Ağdam-Xankəndi yolu vasitəsilə eyni vaxtda ərzaq daşınması mümkün olacaq.

“Qafqazinfo” "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın İctimai Televiziyası məlumat yayıb.

Bildirilib ki, BQXK-nin Xankəndi ofisi və Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin komandanlığı arasında humanitar yüklərin Ağdam - Xankəndi yolu vasitəsilə çatdırılması razılaşdırılıb.

Xatırladaq ki, hər iki marşrutdan istifadə ilə bağlı sentyabrın 1-də razılıq əldə edilsə də, Qarabağdakı separatçı rejim bu prosesi qəsdən uzadırdı.