Ağdamda Beynəlxalq Müəllimlər Günü qeyd edildi - Fotolar

agdamda-beynelxalq-muellimler-gunu-qeyd-edildi
Oxunma sayı: 973

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Ağdam Muğam Mərkəzində Beynəlxalq Müəllimlər Günü münasibəti ilə tədbir keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçən vətən övladlarının və dünyasını dəyişmiş müəllimlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digərləri ölkəmizdə müəllimlər gününün 1993-cü ildən qeyd edilməyə başlanmasından, Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə müəllim əməyini yüksək qiymətləndirməsindən, dövlət başçısı İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövr ərzində, təhsilin inkişafı ilə bağlı qarşıya qoyulmuş hədəflərin uğurla yerinə yetirilməsindən bəhs ediblər.

Daha sonra bir qrup təhsil işçisi Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov tərəfindən mükafatlandırılıb.

Tədbirin bədii hissəsində Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının müşayiəti ilə əməkdar artistlər Fehruz Səxavətin, Səbuhi İbayevin, kollecin müəllim və tələbələrinin ifasında rəngarəng musiqi nömrələri iştirakçılara təqdim edilib.