Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov müvafiq qrafikə uyğun olaraq Qıraq Kəsəmən kənd və Köçəsgər kənd 1 nömrəli tam orta məktəb binalarında növbəti səyyar qəbullar keçirib.
“Qafqazinfo” xəbər verir ki, qəbullarda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məsul şəxslər və yerli sakinlər iştirak ediblər.
Səyyar görüşlərdə RİH başçısı Ümummilli Lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin Azərbaycan xalqının bugünkü tərəqqisi və inkişafına xidmət etdiyini qeyd edib.
Ulu Öndər tərəfindən əsası qoyulan müasir müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında ildən-ilə güclənir, beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirir, eyni zamanda, bütün sahələrdə dinamik inkişafı, qüdrətli ordusu ilə regionda lider dövlətə çevrilib.
Qəbullarda vətəndaşların qaldırdıqları məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi, eləcə də yerli icra hakimiyyətinin səlahiyyətinə aid olmayan müraciətlərin aidiyyəti qurumlara çatdırılması istiqamətində məsul şəxslərə müvafiq göstərişlər verilib.









Son xəbərlər
Son Xəbərlər