Ağdamda mina partlayışı, yaralı var

agdamda-mina-partlayisi-yarali-var
Oxunma sayı: 1950

Ağdamda ANAMA əməkdaşı minaya düşüb.

“Qafqazinfo” ANAMA-nın Mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə bu gün rayonun Sarıcalı kəndi ərazisində baş verib.

1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı olub.

Xəsarət alan şəxs hadisə yerindən təxliyyə edilərək, rayon xəstəxanasına çatdırılıb. Vəziyyəti qənaətbəxşdir.