Ağdamda o məşhur heykəlin parçalanmış halı - Foto

agdamda-o-meshur-heykelin-parcalanmis-hali
Oxunma sayı: 8526

Məlum olduğu kimi, ermənilər işğaldan azad edilən Ağdamda daşı daş üstündə saxlamayıb.

"Qafqazinfo" xəbər verir ki, şəhəri xarabalığa çevirən ermənilər abidələri də yerlə yeksan ediblər.

Bu abidələrdən biri də Ağdam Dövlət Dram Teatrının qarşısında yerləşən fəvvarənin içində olan Fərhadın külünglə heykəlidir.

“National Geografic” jurnalının tanınmış fotojurnalisti, Azərbaycan əsilli fransız fotoqraf Reza Deqati Ağdamda həmin heykəlin son halını əks etdirən fotoları instaqram hesabında paylaşıb.