Ağdaşda yük maşını “KamAZ”a çırpıldı - Ölən var

agdasda-yuk-masini-kamaza-cirpildi
Oxunma sayı: 1954

Ağdaş rayonunun Əmirarx kəndi ərazisində Əkbər Süleymanovun idarə etdiyi “Mercedes Atego” markalı yük avtomobili qarşısında hərəkətdə olan “KamAZ”a çırpılıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, hadisə nəticəsində “Mercedes”də sərnişin qismində olan Bakı şəhər sakini,1976-cı il təvəllüdlü Elşən Qocayev aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.