Putin gələn həftə onlarla görüşəcək

putin-gelen-hefte-onlarla-gorusecek
Oxunma sayı: 2423

Rusiya Prezidenti Vladimir Putin gələn həftə hökumət üzvləri ilə görüşəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Rossiya-1” telekanalında yayımlanan “Moskva. Kreml. Putin” proqramında məlumat verilib.

Bildirilir ki, Nazirlər Kabineti mayın 7-də istefa verəcək. Konstitusiyaya görə, bu, dövlət başçısının yeni səlahiyyət müddətinə keçməsindən əvvəl baş verir.

Qeyd edək ki, mayın 7-də Putinin andiçmə mərasimi “Rossiya-1” kanalında canlı nümayiş etdiriləcək.