İsrail NK “Əl-Cəzirə” telekanalının bağlanması təklifini təsdiqlədi

israil-nk-el-cezire-telekanalinin-baglanmasi-teklifini-tesdiqledi
Oxunma sayı: 1677

İsrail hökuməti ölkədəki “Əl-Cəzirə” telekanalını bağlamaq qərarına gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun “X”dəki səhifəsində paylaşım olunub.

“Başçılıq etdiyim hökumət yekdilliklə qərar verdi: İsraildə təxribat xarakterli “Əl-Cəzirə” kanalı bağlanacaq”, - məlumatda qeyd edilib.

Netanyahu həmçinin kanalın qadağan edilməsi ilə bağlı əmr imzalayan rabitə naziri Şlomo Karyaya təşəkkür edib.