Ağsu rayonunda 3 otaqlı ev yanıb.
"Qafqazinfo"nun məlumatına görə, yanğın rayonun Çaparlı kəndində baş verib.
Hadisə yerinə Ağsu Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub.
Yanğın zamanı kənd sakini 1964-cü il təvəllüdlü Kərimov Burxan Tərxan oğluna məxsus ümumi sahəsi 130 k/m olan fərdi yaşayış evi icərisindəki əşyaları ilə birlikdə tamamilə yanıb.
Yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.
Hadisə zamanı xəsarət alan olmayıb.
Mübariz Məmmədov