Ağsuda yük maşını aşdı, ölən var

agsuda-yuk-masini-asdi-olen-var
Oxunma sayı: 1689

Ağsuda ağır yol qəzası baş verib.

“Qafqazinfo” DİN-in mətbuat xidmətinin Şəki regional qrupuna istinadən xəbər verir ki, oktyabrın 30-u gecə saatlarında Muğanlı-İsmayıllı avtomobil yolunun Ağsu rayonunun Kalva kəndi ərazisindən keçən hissəsində “Forland” markalı yük avtomobili aşıb. Belə ki, sürücü 1985-ci il təvəllüdlü Məmmədov Anar Bəxtiyar oğlunun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb. Sürücü A.Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.