Aİ Kiyevə 5 milyard avro ayırmağa razılaşıb

ai-kiyeve-5-milyard-avro-ayirmaga-razilasib
Oxunma sayı: 932

Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Ukraynaya 5 milyard avro məbləğində əlavə hərbi yardımın ayrılmasını təsdiqləyiblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS Aİ Şurasının bəyanatına istinadən məlumat yayıb.

Sənəddə bildirilir ki, Aİ-nin bütün dövlətlərinin xarici işlər nazirləri Ukraynaya xüsusi Yardım Fondu yaratmaqla Avropa İttifaqı Fondunun limitinin müəyyən edilmiş məbləğdə artırılmasına səs veriblər.