AK Ukraynaya 75 milyon avro yardım ayırdı

ak-ukraynaya-75-milyon-avro-yardim-ayirdi
Oxunma sayı: 766

Avropa Komissiyası (AK) Ukrayna və Moldovaya 83 milyon avro məbləğində humanitar yardım göstərəcək.

“Qafqazinfo” xəbər verir ki, bəyanat AK-nin saytında dərc olunub.

Bu məbləğin 75 milyon avrosunun Ukraynada fövqəladə yardım, o cümlədən əsas ehtiyaclara çıxış üçün humanitar layihələrə ayrıldığı bildirilir. Moldovada əhalinin ən həssas təbəqələrinə ünvanlı yardım göstərən humanitar layihələrə 8 milyon avro ayrılıb.

Ümumilikdə, Aİ 2022-ci ildən bəri humanitar yardım üçün 926 milyon avro ayırıb. Onlardan 860-ı Ukraynadakı müxtəlif humanitar layihələrə, 66 milyonu Moldovada ukraynalılara kömək üçün göndərilib.