Aktrisa Sevinc Əliyeva qəzaya düşdü - Video

aktrisa-sevinc-eliyeva-qezaya-dusdu
Oxunma sayı: 8534

Aktrisa Sevinc Əliyeva qəzaya düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Mətbəxin ağası” verilişində məlumat verilib, qəzadan kadrlar nümayiş etdirilib.

Hadisə “Xəzər” telekanalının yaxınlığında baş verib. Belə ki, verilişə gələn aktrisanın idarə etdiyi “Porsche” markalı avtomobili digər nəqliyyat vasitəsilə toqquşub.

Nəticədə S.Əliyevanın avtomobilinin ön hissəsi yararsız hala düşüb, özü isə xəsarət alıb.