“Almaniya anti-Rusiya addımları əvəzində Ermənistana maliyyə yardımı təklif edir”

almaniya-anti-rusiya-addimlari-evezinde-ermenistana-maliyye-yardimi-teklif-edir
Oxunma sayı: 1452

“Almaniya rusiyalı sərhədçilərin tezliklə Ermənistandan çıxarılmasında maraqlıdır. Əvəzində Berlin bu və digər anti-Rusiya addımları üçün İrəvana maliyyə yardımı təklif edir”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı özünün adı açıqlanmayan mənbəsinə istinadən TASS yayıb. 

Mənbənin sözlərinə görə, Almaniya Ermənistanın Qərbin anti-Rusiya siyasətinə cəlb etməyə çalışır: “Berlinin tapşırığı İrəvanla Moskva arasında maksimum narazılıq yaratmaqdır. Almaniya tezliklə Ermənistan ərazisindən rusiyalı sərhədçilərin çıxarılmasında, eləcə də ölkə rəhbərliyi tərəfindən dövlət aparatının Rusiyaya dost münasibət bəsləyən şəxslərdən təmizlənməsində maraqlıdır. Bunun müqabilində Berlin İrəvana maliyyə-texniki yardım göstərməyi, həmçinin Qarabağ ermənilərinin Avropa İttifaqı ölkələrinə kütləvi mühacirətinin qarşısını almaq üçün Nikol Paşinyan hökumətinin səylərinə dəstək verməyi təklif edir”.