Almaniya Prezidenti Türkiyəyə gedir

almaniya-prezidenti-turkiyeye-gedir
Oxunma sayı: 1488

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer aprelin 22-də Türkiyəyə 3 günlük səfər edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sputnik Türkiye” məlumat yayıb.

Bildirilib ki, o, səfər çərçivəsində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Səfər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 100 illiyi ilə bağlıdır.

Frank-Valter Ştaynmayer İstanbulla yanaşı, Qaziantep və Ankarada da olacaq.