Almaniyada güclü partlayış, yaralılar var - Video + Yenilənib

almaniyada-guclu-partlayis-yaralilar-var
Oxunma sayı: 2816

Almaniyanın Leverkuzen şəhərində güclü partlayış baş verib.

“Qafqazinfo” “Rheinische Post” qəzetinə istinadən xəbər verir ki, partlayış səhər saatlarında baş verib.

“FOCUS Online” nəşrinin yaydığı məlumata görə isə, partlayışın Almaniyanın “Bayer” farmaseptik şirkətinin obyektlərindən birində baş verdiyi ehtimal olunur. Böyük ehtimalla partlayış tullantıların yandırılması zavodunda baş verib.

Partlayışın səbəbi və xəsarət alanlar barədə məlumat hələ ki, açıqlanmayıb. Hazırda faktla bağlı araşdırma aparılır.

***

Şimali Reyn-Vestfaliya federal torpağının polisinin öz tvitter hesabında verdiyi məlumata görə, partlayış nəticəsində xəsarət alanlar var.

“Leverkuzen-Vizdorfda vəziyyət hələ aydınlaşdırılmayıb. Hadisə yerində çox sayda polis əməkdaşı var və onlar vəziyyəti aydınlaşdırır. Bir neçə yaralı var”,- deyə məlumatda qeyd olunur.

Partlayışın məhz harada baş verməsi ilə bağlı bir neçə fərziyyə var. Belə ki, “Bild” qəzeti partlayışın Leverkuzen şəhərində “Currenta” kimyəvi müəssisəsində baş verdiyini yazır. Lakin “WDR” telekanalının məlumatına görə isə, insident neft bazasında olub.

Hazırda şəhərin üzərində qara duman müşayiət olunur. Sakinlərə evlərin qapı və pəncərələrini bağlamaqla bağlı xəbərdarlıq edilib.

***

Partlayışın Leverkuzen şəhərində tullantıların emal olunması üzrə mərkəzin ərazisində baş verdiyi deyilir. Mərkəzin aid olduğu “Currenta GmbH & Co. OHG” şirkətinin verdiyi məlumata görə, partlayış nəticəsində bir neçə nəfər xəsarət alıb. Onlardan ikisi ciddi travmalar alıb.

Bununla yanaşı, müəssisənin 5 əməkdaşı itkin düşmüş hesab olunur.

***

"Reuters" agentliyinin məlumatına görə, partlayış zamanı 1 nəfər həlak olub.

***

Leverkuzen şəhər rəhbərliyinin verdiyi məlumata görə, partlayış nəticəsində baş vermiş yanğın söndürülüb.

Bununla yanaşı, indiyə olan məlumata görə, 1 nəfəfr həlak olub, 16 nəfər yaralanıb, daha 4 nəffər isə itkin düşüb. Hazırda itkin düşmüş şəxslərin axtarışları davam edir.