Almaniyadan deportasiya edilən azərbaycanlı ailədən şok - Polisin silahını alıb...

almaniyadan-deportasiya-edilen-azerbaycanli-aileden-sok
Oxunma sayı: 5155

Almaniyada yaşayan azərbaycanlı ailə deportasiya olunmalar üçün gələn yerli polisə hücum edib. “Qafqazinfo” alman KİV-nə istinadən xəbər verir ki, məlum olub ki, ailə bir neçə dəfə ölkəyə qanunsuz olaraq daxil olub. 

Bu yaxınlarda qanuni olaraq ölkədən çıxmalarına dair göstəriş olsa da, ailə qərarı icra etməkdən imtina edib. 

Polis və immiqrasiya xidmətinin əməkdaşları deportasiya üçün gecə yarısı evə gəliblər, lakin ailə müqavimət göstərib. Evin sahibi polisin silahını alaraq ətrafa atəş açıb, iki nəfəri isə girov götürüb. Polis sığınacaqdan qaçmağı bacarıb. Lakin xüsusi əməliyyat nəticəsində girovları azad etmək mümkün olub. Qadın isə özünü bıçaqla yaraladığı üçün xəstəxanaya yerləşdirilib. Hazırda ailəyə psixoloji yardım göstərilir.

Qeyd edilir ki, deportasiya qərarı sadəcə ər-arvada şamil olunub, onların iki qızlarının isə ölkədə yaşamaq iznləri var.