Dünyaca məşhur amerikalı müğənni Rihanna 6 illik fasilədən sonra yeni mahnı buraxıb.
“Qafqazinfo” xəbər verir ki, “Lift me up” adlı mahnı noyabrın 11-də dünya premyerası olacaq “Black Panther: Wakanda Forever” filminin saundtrekidir.
Rihannanın yeni mahnısı sözügedən filmdə rol almış aktyor Çedvik Bouzmanın xatirəsinə ithaf olunub. Aktyor 2020-ci ildə onkoloji xəstəlikdən vəfat edib.
Son xəbərlər
Son Xəbərlər