Amerika kubokunu bu komandalardan biri qazanacaq

amerika-kubokunu-bu-komandalardan-biri-qazanacaq
Oxunma sayı: 2255

Kosta-Rikanın Hondurası qonaq etdiyi matçda Amerika Kuboku-2024-ün sonuncu iştirakçısı müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, vəsiqə uğrunda həlledici görüşdə meydan sahibləri 3:1 hesabı ilə qalib gəlib.

A qrupu: Argentina, Peru, Çili, Kanada

B qrupu: Meksika, Ekvador, Venesuela, Yamayka

C qrupu: ABŞ, Uruqvay, Panama, Boliviya

D qrupu: Braziliya, Kolumbiya, Paraqvay, Kosta-Rika.

Xatırladaq ki, iyunun 20-dən iyulun 14-dək keçiriləcək Amerika Kubokunun oyunlarına ABŞ-nin 14 şəhəri ev sahibliyi edəcək.

Final oyunu iyulun 14-də Mayamidə keçiriləcək.