Amerikalı aktyor vəfat etdi

amerikali-aktyor-vefat-etdi
Oxunma sayı: 1268

Amerikalı aktyor Çarlz Dirkop 87 yaşında vəfat edib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Hollywood Reporter” jurnalı aktyorun qızına istinadən yazıb.

Onun sözlərinə görə, artist fevralın 25-də Los-Ancelesdəki xəstəxanada vəfat edib. Buna səbəb keçirdiyi ürəktutma və pnevmoniya olub. 

Qeyd edək ki, Ç. Dirkop “Ulduz yolu” və “Təcili yardım” serialları ilə məşhurlaşıb. O, həmçinin bir sıra filmlərdə rol alıb.