“Ana, biz çempionuq!” - “Bayer”in futbolçusu

ana-biz-cempionuq
Oxunma sayı: 2445

“Ana, biz çempionuq!”

“Qafqazinfo” xəbər verir ki, bunu “Bayer”in (Leverkuzen) futbolçusu Ceremi Frimponq sosial şəbəkə hesabında yazıb.

23 yaşlı müdafiəçi paylaşımını komandasının çempion olmasına həsr edib. 

Futbolçu əvvəllər verdiyi müsahibələrində də futbol oynamasına ən çox anasının dəstək olduğunu bildirib. 

Xatırladaq ki, ötən gün Xabi Alansonun komandası “Verder”ə 5:0 qalib gələrək tarixində ilk dəfə Almaniya çempionu olub.