ANS-in daha bir keçmiş əməkdaşı vəfat etdi

ans-in-daha-bir-kecmis-emekdasi-vefat-etdi
Oxunma sayı: 11927

“7 Gün” qəzeti, AzTV və ANS teleşirkətinin keçmiş əməkdaşı, tanınmış dizayner Fuad Həsənov dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə onu tanıyanlar sosial şəbəkədə yazıblar. 

F.Həsənov bir müddət əvvəl insult keçirərək komaya düşmüş, daha sonra komadan ayılmışdı . 
 
Qeyd edək ki, F.Həsənovun həyat yoldaşı Marina Səttarbəyli də əvvəllər jurnalist işləyib. Cütlüyün 4 övladı var.