Antiterror tədbirlərində ağır yaralanan polis şəhid oldu

antiterror-tedbirlerinde-agir-yaralanan-polis-sehid-oldu
Oxunma sayı: 6041

Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 19-20-də Qarabağda həyata keçirdiyi lokal xarakterli antiteror tədbirləri zamanı ağır yaralanan Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının polis nəfəri Əzizbəy Muradov bu gün şəhid olub.

“Qafqazinfo” xəbər verir ki, şəhidin dəfn mərasimi Sabirabad rayonunun Ulacalı kəndində olacaq.

Xatırladaq ki, Ə. Muradov 44 günlük Vətən müharibəsində də iştirak edib. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!