Aptekdə iki nəfər bıçaqlandı

aptekde-iki-nefer-bicaqlandi
Oxunma sayı: 3113

Bakıda aptekdə iki nəfər bıçaqlanıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Xətai rayonu, M.Hadi küçəsində yerləşən aptekdə baş verib.

Şəhər sakini 1980-ci il təvəllüdlü Azər Səmədov qarnından, Yardımlı rayon sakini, 1999-cu il təvəllüdlü Natiq Abbasov isə ayaq və kürəyindən bıçaqlanıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Hadisəni paytaxt sakini, 1977-ci il təvəllüdlü Mehdixan Cəfərovun törətdiyi məlum olub.

Həmin şəxsin saxlanılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.