“Aradan keçən 13 il heç nəyi dəyişdirməyib...” - Video - Fotolar

aradan-kecen-13-il-hec-neyi-deyisdirmeyib
Oxunma sayı: 7660

“İstanbul için son çağrı” filminin İstanbulda qala gecəsi keçirilib.

“Qafqazinfo” “TV100”ə istinadən xəbər verir ki, qala gecədə baş rol ifaçıları Kıvanç Tatlıtuğ və Beren Saat jurnalistlərin suallarını cavablandırıblar.

Onlar bir-birilərinin ünvanına təriflər yağdırıblar.

K. Tatlıtuğ B. Saatın çəkilişdəki peşəkarlığından söz açıb: “Aşk-ı Memnu”dan illər keçməsinə baxmayaraq, oradakı dostluq, bir-birimizi tanımağınızın rahatlığı var. Aktyor üçün bu, möhtəşəm avantajdır. Bunu yalnız çəkilişdə birlikdə performans göstərənlər anlaya bilər. Berenlə işləmək hər zaman rahatdır. “Aşk-ı Memnu”da da elə idi, indi də elədir. Aradakı 13 il heç nəyi dəyişdirməyib”.

B. Saat isə bunları deyib: “Yenidən tam başqa xarakterlərlə tamamilə başqa mühitdə çalışdıq, amma həqiqətən çox gözəl oldu. Çox məşq etmişdik, səhnələrə hazır idik. Bir-birimizi yaxşı tanıdığımız üçün çox rahat oldu. Birlikdə çox oynayıb, amma bundan sıxılmamaq da olduqca önəmli bir şeydir. 13 ildən sonra yeni tanış olanlar kimi eyni həyəcanla oynaya bildik. Kıvançla səhnə paylaşmağı, onun dostluğunu çox sevirəm”.

Qala gecədə B. Saatın müğənni həyat yoldaşı Kenan Doğulu da iştirak edib.