“Araz” supermarketlər şəbəkəsi Zəfər Günü münasibətilə uşaqları sevindirib

araz-supermarketler-sebekesi-zefer-gunu-munasibetile-usaqlari-sevindirib
Oxunma sayı: 1016

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan (VŞQ) “Araz” supermarketlər şəbəkəsi özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində əhəmiyyətli sosial layihələrə dəstək göstərməkdə davam edir. Bu dəfə supermarkelər şəbəkəsi xüsusi həssas qrupdan olan uşaqları sevindirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı, “Araz” supermarketlər şəbəkəsinin dəstəyi ilə Zəfər Günü münasibətilə şəhid və müharibə veteranlarının övladları, həmçinin həssas qrupdan olan uşaqlar üçün əyləncəli tədbir keçirilib. Tədbir çərçivəsində onlar üçün kinoteatrda animasiya filmi nümayiş etdirilib. Maraqlı vaxt keçirən uşaqlara sonda “Araz” supermarketlər şəbəkəsi tərəfindən hədiyyələr təqdim edilib.

Tədbirin məqsədi xüsusi həssas qrupdan olan uşaqların cəmiyyətə inteqrasiyasına dəstək olmaq, onların asudə vaxtlarını səmərəli təşkil etməkdir.