“Arda Turan mebelin üstünü də siqaretlə yandırırdı”

arda-turan-mebelin-ustunu-de-siqaretle-yandirirdi
Oxunma sayı: 4731

“Eyüpspor”un baş məşqçisi və Türkiyə futbolunun əfsanələrindən olan Arda Turan “Barselona”da oynadığı vaxtlar qaldığı evin sahibi tərəfindən məhkəməyə verilib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə evin sahibi İspaniya mətbuatına müsahibəsində bildirib. 

O bu addımı Türkiyəli ulduzun evə vurduğu ziyana görə atdığını açıqlayıb: “Hər yeri, hətta mebelin üstünü də siqaretlə yandırırdı. Bilirsiniz ki, belə xüsusi evdə nəyisə təmir etmək və ya əvəz etmək nə asan, nə də ucuzdur. Nəticədə evin təmiri üçün  24 min 500 avro xərclənib. Düzdür, o, ən yaxşı futbolçulardan biri idi. Ölkəsində əfsanələrdən sayılır. Lakin hər zaman qəzəbli idi. Buna görə də “Atletiko” da oynayarkən butsusunu hakimin üstünə atmışdı”.