Argentina prezidentinin maşınını daşa basdılar - Fotolar

argentina-prezidentinin-masinini-dasa-basdilar
Oxunma sayı: 1514

Argentina Prezidenti Xavyer Mileyin maşını daş-qalaq edilib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “TN” telekanalı məlumat yayıb.

Belə ki, hadisə Miley üstü açıq maşınla Buenos-Ayresin Lomas de Samora küçələrində hərəkət edərkən baş verib. Prezident orada bacısı Karina ilə birlikdə hakim partiyanın deputatlığa namizədinin təbliğatını aparıb.

Mileyin siyasətindən narazı qalan yerli sakinlər onun avtomobilinə daş və butulka atmağa başlayıblar. Təhlükəsizlik qüvvələri dövlət başçısını təcili aparmağa məcbur olub.

Mileyin sözçüsü Manuel Adorni iğtişaşlarda müxalifəti, xüsusən də keçmiş prezident Kristina Fernandez de Kirçner tərəfdarlarını günahlandırıb.