Argentinada prezident seçkilərinin ikinci turu keçirilir

argentinada-prezident-seckilerinin-ikinci-turu-kecirilir
Oxunma sayı: 1333

Bu gün Argentinada prezident seçkilərinin ikinci turu keçirilir.

“Qafqazinfo” xəbər verir ki, seçki məntəqələri saat 18:00-da bağlanacaq.

Prezident postuna uğrunda iqtisadiyyat, kənd təsərrüfatı və məhsuldar inkişaf naziri, hakim “Vətən üçün” Koalisiya İttifaqı tərəfindən irəli sürülən Serxio Massa və sağçı “Azadlıq gəlir” alyansının tərkib hissəsi olan Libertarian Partiyasına rəhbərlik edən deputat Xavyer Miley mübarizə aparır.

Son sorğularda prezidentlik yarışında aşkar lider müəyyən edilməyib - bəzi araşdırmalar Massanın, digərləri isə Mileyin üstün olduğunu göstərir.

Oktyabrın 22-də keçirilən seçkilərin birinci turunda iqtisadiyyat naziri 36,68 faiz, Libertarian Partiyasının rəhbəri isə 29,98 faiz səs toplamışdı.