“Yoruldum. Üzərimdə istəmədiyim bir yük var. Məni müxalifətin səsi kimi görürlər. Artıq müxalif kimi yaşamaq istəmirəm”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirlər “Haber Türk” qəzetinin yazarı Fatih Altaylının ötən gün Fox TV-dəki işindən istefa verən Fatih Portakala həsr etdiyi məqalədə yer alıb.
Onun iddiasına görə, Portakal Fox TV-yə açıqlamasında müxalif kimi görüldüyü üçün təhqirlərə məruz qaldığını və buna artıq dözə bilmədiyini bildirib: “Evimi dronla izləyirlər. Yolda gedərkən avtomobillərdəki insanlar məni təhqir edirlər. Dözə bilmirəm. Özümə uyğun gördüyüm həyat bu deyil. Ağır gəlir”.
Qeyd edək ki, F. Portakal istefa ilə bağlı verdiyi daha əvvəlki açıqlamasında yorulduğunu və özünü təkrarlamağa başladığını bildirmişdi.
Son xəbərlər
Son Xəbərlər